Erməni zabiti Qarabağda ölən erməni əsgərinin valideynini aldadaraq onların pulunu mənimsəyib.
Yenisabah.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb. Açıqlamaya görə, Ermənitstn sakini yanvarın 13-ü Razdan polisinə müraciət edib. O, oğlunu İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılda döyüşdüyünü və oktyabrın 1-dən etibarən ondan xəbər ala bilmədiklərini qeyd edib. Bir müddət sonra qadın bəzi mənbələrdən oğlunun Azərbaycan əsrliyində olduğunu öyrənir.
Daha sonra Cəbrayıldakı erməni hərbi hissəsinin zabitlərindən biri onunla əlaqə saxlayaraq oğlunun qaytarılmasına kömək edəcəyini deyir və bu xidmət üçün 3 min dollar tələb edir. Əsgər anası bu məbləği zabitin hesabına köçürür. Lakin sonradan oğullarının ölüm xəbərini alırlar və beləliklə, zabitin onları aldatdığı məlum olur. Hazırda erməni polisi dələduzluqla məşğul olan erməni zabitini axtarır.
Telegram kanalımız