Ermənilər Azərbaycanın 54 min hektar meşə sahəsini məhv ediblər 

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Azərbaycanın 54 min hektar meşə sahəsini məhv ediblər 

Sosial

29 Yanvar 2021 16:16 920


"işğal ərzində 54 328 hektar meşə sahəsi məhv edilib”.

Yenisabah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu gün keçirilən brifinqində nazir müavini Firdovsi Əliyev bildirib. F. Əliyev deyib ki, işğaldan azad olunmuş ərazilərin təbiəti, ekologiyası hər bir azərbaycanlını narahat edirdi:

“Uzun əsrlər boyu Azərbaycanın belə möhtəşəm zəfəri olmamışdı. Biz o torpaqlara həmişə həsrətlə boylanırdıq. Mən 3 dəfə həmin müqəddəs torpaqlarda olmuşam. Həmin ərazilər çox qiymətli ərazilərdir. Torpaqlarımız işğaldan azad olunan kimi cənab Prezidentin sərəncamı ilə komendantlıqlar və daha sonra qərargah yaradıldı. 30 il müddətində daha çox ekologiyamız ziyan çəkmişdi. İşğal ərzində 54 328 hektar meşə sahəsi məhv edilib. Bu ilkin müşahidələri peyk görüntüləri əsasında qeydə almışıq”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!