“Ermənilər hamını öldürüblər” - Ukraynalı futbolçu Xocalı soyqrımından danışdı

“Ermənilər hamını öldürüblər” - Ukraynalı futbolçu Xocalı soyqrımından danışdı
Sent 17, 2019 16:54
Oxunma sayı: 158

“Neftçi”nin müdafiəçisi Kirilo Petrov Ukrayna mətbuatına müsahibə verib.

“Yen Sabah” xəbər verir ki, müdafiəçi açıqlamasında Xocalı soyqırımına da toxunub. Rusiya ilə Ukrayna arasındakı siyasi gərginlidən söz açan futbolçu bunu Ermənistan-Azərbaycan münaqişəsinə bənzədib:

"Neçə ildir Azərbaycanda yaşayıram. Ölkənin tarixini bilirəm, amma məsələnin digər tərəfindən xəbərim yoxdur. Burada hansısa kənddə soyqırım olub. Ermənilər oraya girib, hamını - uşaqları, hamilə qadınları öldürüblər. Dəhşətli hadisələr olub. Bakıda Xocalı prospekti var və həmin hadisələrə görə abidə ucaldılıb. Bu, azərbaycanlıların erməniləri sevməməsinin səbəblərindən biridir. Hər şeyi bilmədiyim üçün çox danışa bilmirəm. Bu, siyasi məsələ olduğundan, çox qarışmaq istəmirəm.

Bu, Rusiya ilə Ukrayna arasında olan məsələyə oxşayır. Amma biz heç vaxt onlarla qardaş kimi olmamışıq. Çünki həmişə fərqlənmişik. Həm xarakter baxımından, həm də digər aspektlərdə. Onlar heç vaxt mənim üçün qardaş olmayıblar. Qoy, mənim soyadım Petrov olsun. Bilmirəm, hansısa babamdan qalıb. Məni burada rus hesab etmirlər, "Kirilo" çağırırlar.

Mənə deyildiyi kimi, 1990-cı ildə Rusiya bu ölkəni işğal etmək istəyib. Amma insanlar tankların qarşısına çıxaraq, buna imkan verməyiblər. Öz hüquqlarını və müstəqilliklərini qoruyublar. Bura ruslar da gəlir. Onlar özlərini bizim kimi aparmırlar. Biz daha mehriban və sakitik. Onlar isə təkəbbürlüdürlər. Görünüşümüz oxşasa da, tamam fərqli millətik".

 

Yenisabah.az