Ermənilər konstitusiyanı dəyişirlər  - Parlament buraxıla bilər
26 Yan 2021 11:28
284

Ermənilər konstitusiyanı dəyişirlər - Parlament buraxıla bilər

Ermənistanda hakim parlament fraksiyası daxili siyasi böhran fonunda konstitusional dəyişikliklər layihəsini müzakirə edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın "Haykakan Zhamanak" qəzeti yazıb. Məlumata görə, əgər konstitusiya dəyişikliyi layihəsi qəbul edilərsə, Ermənistan parlamenti özünü ləğv etmək hüququna sahib olacaq.

Layihədə Ermənistan konstitusiyasının 92-ci maddəsinə deputat sayının 3/5-nün qərarına əsasən, parlamentin buraxılması ilə erkən seçkilərin keçirilə biləcəyi bir bəndin əlavə edilməsi nəzərdə tutulur. Həmçinin seçkilərin vaxtının dəyişdirilməsi də təklif olunur. Belə ki, parlament özünü buraxdıqdan sonra seçkilər 40 gündən tez, 55 gündən isə gec olmamalıdır.

Qeyd edək ki, Ermənistanın mövcud konstitusiyasına görə, hökumət başçısının istefasından sonra deputatlar iki iclasda yeni baş naziri seçə bilməyəcəyi təqdirdə parlament buraxıla bilər. Həmçinin parlament üzvləri hökumətin proqramını təsdiqləməsə, Milli Məclis buraxılır. Hazırda erməni konstitusiyasına görə, erkən parlament seçkiləri qanunverici orqanın ləğv edilməsindən 30 gün tez və 45 gündən gec olmayaraq keçirilir. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər