Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Ermənilər noyabrın 10-da təslim aktına imza atmasaydılar, müharibə hələ də davam edirdi” - General
25 Okt 2021 22:14
4221

“Ermənilər noyabrın 10-da təslim aktına imza atmasaydılar, müharibə hələ də davam edirdi” - General

Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin sabiq rəisi, ehtiyatda olan general-mayor, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Natiq Əliyev Moderator.az-ın suallarını cavablandırıb:

- Cənab general, Qubadlının işğaldan azad edilməsinin birinci ildönümüdür. Bir zamanlar rayonlarımızın işğal günlərini hüzn və xəcalət hissi ilə qeyd edirdik, bu günsə qürur və iftixar hissi ilə zəfərimizdən danışırıq.

- Bu elə bir qələbədir ki, onu nə 44 günə, nə 44 ilə, nə bütöv bir əsrə sığdırmaq mümkündür. Bizdən sonra gələn nəsillərin də dillərində əzbər olacaq bu qələbə, bu savaşda canı və qanı ilə mücadilə edənlərin ruhlarına dualar oxunacaq, min illər sonra belə hər bir soydaşımız bu savaşı, onun parlaq nəticələrini iftixarla yad edəcək. Mən təkcə 44 günlük savaşda canlarından keçən 3 minədək şəhidlərimizin deyil, ümumiyyətlə Azərbaycanın azadlığı və torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçmiş bütün şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirəm, Qazilərimizə Allahdan şəfa diləyirəm. Onlar bizim millət və dövlət olaraq başımızı uca etdilər, dünya hərb tarixinə adımızı qızıl hərflərlə yazdırdılar. Bir sözlə, nə etsək belə onların borcundan çıxa bilmərik. Amma gəlin razılaşaq ki, 44 günlük savaş təkcə millət və dövlət olaraq qüdrətimiz, silahlı qüvvələrimizin rəşadəti, hərb sənətinə yeni nümunələr gətirdikləri ilə yaddaşlarda qalmayacaq, bu savaş Ali Baş Komandanımızın misilsiz sücaətini, parlaq sərkərdəlik məharətini, diplomatiya bilicisi olduğunu da bizlərə və dünyaya anlatdı. Eyni zamanda siz jurnalistlərə də informasiya savaşının sirlərini əyani şəkildə göstərdi, üstümüzə göndərilən öyrədilmiş jurnalistləri verdikləri sifarişli suallara görə peşman etdi. Mən heç şübhə etmirəm ki, təkcə işğalçı ölkə deyil, bütövlükdə onlara havadarlıq edən qüvvələr belə, hələ də şokdan ayılmayıb. Amma zaman keçəcək, bu savaş təkcə yaddaşlarda deyil, dünya xalqlarının tarix kitablarında, hərbi akademiyalarda öyrəniləcək. Hər dəfə də İlham Əliyevin bu milləti necə bəxtiyar etdiyini, müzəffər xalq kimi dünyaya bəxş etdiyini görəcək, dostlar sevinəcək, düzşmənlərin gözü kor olacaq. 

- Yeri gəlmişkən, İlham Əliyev təkbaşına 3 rayonun savaşsız geri alınmasında da müstəsna xidmətlər göstərmiş oldu.

- Bəlkə də kimsə məni bu sozlərimə görə qınayacaq və hərbi ekspertlər bunun əksini də söyləyə bilər. Amma mənim şəxsi qənaətimə görə əgər ermənilər noyabrın 10-da təslim aktına imza atmasaydılar müharibə bu gün də davam edirdi. Əlbəttə, Şuşanın azad edilməsindən sonra Ağdam və Ağdərə istiqamtində düşmənin 25-30 min canlı qüvvəsinin tezliklə mühasirəyə düşəcəyi barədə Paşinyanın özünü və generallarının, eləcə də digər çoxsaylı təhlilçilərin fikirləri ilə tanışam. Amma Laçın və Kəlbəcəri ancaq xəritədən tanıyanları anlayıram, lakin həmin rayonlardakı təbii istehkamları, sözlə ifadə edilməyəcək səngər və qalaları yaxından tanıyan biri olaraq o iddiamda qalıram ki, Ağdam, Kəlbəcər və Laçının götürülməsi bizim ordumuza ən azı 10 min əlavə itki hesabına başa gələcəkdi. Məhz buna görə Ali Baş Komandanın misilsiz sərkərdəlik məharəti gözlərimiz önündə canlanır ki, o bu vətən və millət üçün hansı fədakarlığı etdi, bizi hansı itkilərdən xilas etdi. Nəticədə 10 minlərlə ananın gözü yaşlı qalmadı, qadınlar ərsiz, atalar oğulsuz qalmadı. Buna görə bir ömür boyu İlham Əliyevə minnətdarlıq borcumuz var. 

- İşğalın başa çatdığını və münaqişənin tarixə qovuşduğunu desək də Ermənistan beynəlxalq havadarlarına arxalanaraq aşkar cığallıq nümayiş etdirir, imzalanmış sənədlərə hörmətsizlik sərgilənir, bu azmış kimi revanşist qüvvələrə geniş meydan verilir.

- Bunlar Ermənistanın ötəri çırpıntılarıdır və başı kəsilən toyuğun aqibətini yaşayacaqları qaçılmazdır. Dəfələrlə deyildiyi kimi Ali Baş Komandanın və onun silahlı qüvvələrinin dəmir yumruğu 44 gündə Ermənistanın başına elə sarsıdıcı zərb endirib ki, onlar hələ də kontuziyanın təsiri altında anlaqsız hərkətlər etməkdə davam edirlər. Amma erməni xalqı gec də olsa anlayacaq ki, bu savaşın sonu Ermənistan adlı dövlətin xəritədən silinməsi ilə yekunlaşacaq, ona görə də çoxəsrlik düşmənçiliyi kənara qoyaraq qonşularla sülh şəraitində yaşamağın alternativi olmadığını dərk edəcəklər.  

- İşğal başa çatıb və şıdırğı quruculuq işləri aparılır. Yəqin izləyirsiniz.

- Mən fürsətdən istifadə edərək birinci vitse prezident Mehriban xanım Əliyevanın da 44 günlük savaşda və ondan sonrakı dönəmdə sərgilədiyi fəaliyyəti minnətdarlıqla qeyd etməyi özümə borc bilirəm. Mehriban xanım onsuz da Aprel döyüşlərində və ondan sonrakı illərdə də hamının ümid yerinə çevrilmişdi, şəhid anaları, qazilərimizə sərgilədiyi həssasiyyət sözlə ifadə ediləcək deyildi. 44 günlük savaşdan sonra onun Ali Baş Koamndanla çiyin-çiyinə əsgərlərimizin yanında olması, onlara mənəvi ruh verməsi, Şəhid ailələri və qazilərin sağlıq və sosial məişət problemlərinin həlli istiqamətindəki səyləri ölçüyəgəlməzdir. 

- Bu müharibədə təkcə düşmənlə üz-üzə savaşanlar deyil, yaralıları ölümün pəncəsindən xilas edən həkimlərimiz də misilsiz xidmətləri ilə adlarını tarixə yazdırdılar. 

- Haqlısınız. Məhz onların ölümün gözünün için dik baxmaları, ən ağır şərtlər altında hərbçilərimizin mərmi yağışının və gülləboranın altında xilas edilməsi hesabına minlərlə yaralımız ölümün pəncəsindən qurtarıldı. Yeri gəlmişkən, bir vacib məqamı vurğulayım ki, istənilən ölkənin silahlı qüvvələrində keçirilən vaxtaşırı hərbi təlimlər ordunun döyüş qabiliyyətinin artırılmasına töhfə versə də real hərbi əməliyyatlar zamanı silahlı qüvvələrin bir canlı orqanizm kimi nəyə qadir olduğu, nöqsanlar və çatızmalıqlar tezliklə üzə çıxır. Bu baxımdan Azərbaycan ordusunun 2016-cı ildəki 4 günlük Aprel döyüşləri zamanı sərgilədiyi perfomans, eyni zamanda həkimlərimizin də püxtələşməsində müstəsna rol oynadı, nəticədə demək olar ki, 1-2 istisna ilə döyüş meydanından çıxarılaraq qospitallara çatdırılan heç bir yaralımız şəhid olmadı. Bu baxımdan aprel döyüşləri həkimlərimiz üçün də 44 günlük savaşdan öncə tarixi məşq, sınaq oldu. Məhz ondan sonra ordumuzun canlı qüvvəsinin qorunması və yaralıların ən qısa zamanda qospitallara çatıdırılaraq xilas edilməsi artıq təcrübəyə əsaslandı. Nəticə bu savaşdan təkcə döyüşçülərimiz deyil, həm də həkimlərimiz üzü ağ çıxdı.

- Siz artıq ehtiyatda olan generalsınız və Olimpiya hərəkatında fəaliyyətinizi davam etdirirsiniz. Gənclər və İdman nazirliyinə yeni rəhbərlik gəlib və prezident nazirFərid Qayıbovu videofornatda qəbul edərkən olimpiya komplekslərimizdə islahatların aparılmasının zəruriliyindən danışdı. 

- Xoşbəxtlikdən yeni nazir idmana, olimpiya hərəkatına nəinki yad biri deyil, deyərdim ki, ən uğurlu seçimlərdən biridir. Hər şeydən öncə nəzərə alaq ki, o, bu təyinatadək təkcə Azərbaycanda deyil, dünya miqyasında tanınan bir nüfuzlu idman adamı idi. Fərid müəllim 2014-cü ildən 2017-ci ilə qədər gimnastika növləri üzrə Avropa Çempionatlarında Apelyasiya Hakimlər Briqadasının Prezidenti, 2017-ci ilədək Avropa Gimnastika İttifaqının prezidenti, 2017-ci ildən bəri isə Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifələrində çalışıb. Heç şübhə etmirəm ki, o Azərbaycan idmanının çatışmayan cəhətlərini bilir və tezliklə bu sahədə dönüş aparacağına şübhəm yoxdur. Sözün həqiqi mənasında hesab etmək olar ki, ölkənin gənclər və idman siyasətinə yeni nəfəs gəlib və Fərid Qayıbov öz istedadını sübuta yetirəcək. Bizə ona uğurlar arzulamaq qalır. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər