Ermənilərə daha bir zərbə: artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edildi
14 İyl 2020 16:06
401

Ermənilərə daha bir zərbə: artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edildi

Düşmənə məxsus PUA vurulub və artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Trend-ə bildirib ki, Düşmənə məxsus PUA vurulub və artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edilib.

Bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus növbəti PUA-nın guya vurulması barədə yayılan məlumata gəldikdə isə bildiririk ki, bu dezinformasiyadır, həqiqəti əks etdirmir və Ermənistan Müdafiə Nazirliyi rəsmisinin öz uydurmasıdır.

Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və heç bir itki yoxdur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər