Ermənilərin bu gün Bərdədə öldürdüyü 7 yaşlı Aysunun FOTOSU
27 Okt 2020 21:19
568

Ermənilərin bu gün Bərdədə öldürdüyü 7 yaşlı Aysunun FOTOSU

Xəbər verdiyimiz kimi, Erməni silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulub.

Yenisabah.az xəbər verir ki, erməni hərbi cinayəti nəticəsində 4 mülki vətəndaşımız həlak olub ki, onlardan biri də 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızıdır.

Bununla da sentyabrın 27-dən bu günədək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak uşaqların sayı 11-ə çatıb.

7 yaşlı Aysunun fotosunu təqdim edirik.  /Qafqazinfo

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər