Ermənilərin pensiya yaşı 55-ə endirilsin -  Deputatın adından açıqlama 

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin pensiya yaşı 55-ə endirilsin - Deputatın adından açıqlama 

Sosial

09 Oktyabr 2023 10:49 17991


Bugünlərdə TikTok sosial şəbəkəsindəki bəzi səhifələrdə Milli Məclisin deputatı Məlahət İbrahimqızının adından Xankəndidə yaşayan ermənilərin pensiya yaşının 55-ə endirilməsi ilə bağlı açıqlama yayılıb. 

Yenisabah.az saytı Azərbaycanın mövcud qanunvericiliyinə uyğun olmayan açıqlamanının Məlahət İbrahimqızı tərəfindən verildiyini dəqiqləşdirməyə çalışıb.

Deputat məlumatı təkzib edərək deyib: pizza hut

“Doğrusu mənim adımdan uydurulmuş belə bir saxta məlumatı görəndə çox məyus oldum. Bəzi insanlar şər və böhtanlardan necə də zövq alırmışlar... Sözsüz ki, bu uydurulmuş “açıqlama” tamamilə yalandır. Doğrudursa, səsimi də versinlər. Yəni bu dərəcədə yalan xəbəri yaymaqla nə demək istədikləri aydındır.

Belə saxta xəbərləri yayanlarla revanşist və separatçı ermənilər, eləcə də onları dəstəkləyənlərin məqsədi ilə tamamilə eynidir. Bu insanlar tapşırıqları xaricdən Azərbaycanın uğurlarını sevməyən və Azərbaycanofibiya xəstəliyi olan qüvvələrdən alırlar"./Modern.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rəfael
    Yox bir pensiya, bəlkə anadan olan kimi dövlət hesabına keçirək bunları? Nəsli itməkdə olan bir məxluq kimi.
    3 years ago
  • Sənan
    Salam Ermənilərin pensiya təminatı 55 düşürülsün demiş o da bizimde pensiya düşürün bunlarda ancaq ermənilər işləyir
    3 years ago