Türkiyədə erməni icra başçısı təyin olunub. Belə güman edilir ki, bu kimi jestlərlə Ermənistan-Türkiyə münasibətlərin yumşaltmaq mümkün olacaq.
Yenisabah.az-a açıqlamasında politoloq Araz Aslanlı bildirib ki, Türkiyədə Osmanlı dövründə də müxtəlif vəzifələrdə türk əsilli olmayanlar təmsil olunub:
“Xüsusən Osmanlının son dövrlərində orduda yüksək vəzifə tutan, nazir olan bir sıra erməni əsilli insan var idi. Türkiyədə heç bir zaman etnik ayrı-seçkilik olmayıb. pizza mizza
Hesab edirəm ki, yeni icra başçısının təyin olunması fərqlilik yaradacaq bir təyinat deyil. Ancaq bu təyinatın xəbər kimi ictimai dəyər daşımasının səbəbi türk-erməni və Türkiyə-Ermənistan münasibətləridir.
19-cu əsrdən etibarən müxtəlif erməni əsilli qrupların, təşkilatların və icmaların xarici dövlətlər tərəfindən Osmanlıya və Azərbaycana qarşı istifadə olunması və bu çərçivədə yaranmış problemdir. Yəni erməni kimliyi ilə bağlı problem ortaya çıxıb və bunun səbəbkarı Azərbaycan və Türkiyə deyil. Bunun səbəbi erməni kimliyini Osmanlıya, Azərbaycana qarşı istifadə edənlər və istifadə olunan ermənilərdir.
Biz Qarabağ məsələsindən danışa bilərik, ancaq bu məsələnin də ortaya çıxmasında səbəbkar elə ermənilərdir”.
Politoloq deyib ki, erməni əsilli yeni icra başçısı təyin olunması xəbərinin belə rezonans doğurması sırf erməni kimliyi ilə əlaqədardır:
“Bu xəbərin müzakirəyə çıxarılmasında Türkiyə özü maraqlıdır. Türkiyə bununla hər bir kəsə ermənilərlə bağlı problemlərinin olmadığını göstərmək istəyir.
Ermənistan öz siyasətini dəyişdirərsə, Türkiyəyə və Azərbaycana qarşı ərazi iddialarından, işğalçılıq və terror planlarından vaz keçərlərsə, erməni kimliyi də problem olmaqdan çıxar. Və beləliklə Türkiyə-Ermənistan münasibətləri normal olar”.
Nəsimi Ələsgərli
Telegram kanalımız