Ermənistan Azərbaycana qarşı kiberhücumlar həyata keçirir
27 Sen 2020 18:56
446

Ermənistan Azərbaycana qarşı kiberhücumlar həyata keçirir

“Azərbaycan-Ermənistan sərhədində toqquşmaların baş verməsi ilə bağlı sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatlar yalandır”.

“Yeni Sabah” xəbər verir ki, bunu keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan Ordusu yalnız işğal olunmuş ərazilərdə əməliyyat aparır.

H.Hacıyev onu da əlavə edib ki, Ermənistan tərəfindən Azərbaycanın internet resurslarına kiberhücumlar həyata keçirilir.

“Bunun isə qarşısı alınır”, - deyə H.Hacıyev bildirib. /Oxu.az

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər