“Ermənistan bölgə və dünyada sülh üçün bir təhdiddir” -   Mustafa Şentop

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan bölgə və dünyada sülh üçün bir təhdiddir” - Mustafa Şentop

Siyasət

19 Oktyabr 2020 10:20 836


"Tək dost olduğumuz deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındayıq”.

Yenisabah.az xəbər verir ki, bunu bu gün Bakıda jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

M. Şentop deyib ki, Dağlıq Qarabağ hər zaman Azərbaycanın olub: “Azərbaycan tarix və beynəlxalq hüquq baxımından haqlıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Şurası və ATƏT-in qərarlarında Ermənistanın işğalçı olduğu əksini tapıb”. Pepperoni pizza

TBMM sədri qeyd edib ki, Ermənistanın Gəncəyə hücumu müharibə  cinayətdir: “Bu gün olmasa, sabah, digər gün müharibə cinayətləri törədənlərin mühakimə olunduğu dünyada yaşayırıq. Bosniya və Herseqovinada müharibə cinayətlərini törədənlər mühakimə olunacaqlarını gözləmirdilər. Ermənistan tək Azərbaycan üçün deyil, bölgə və dünyada sülh üçün bir təhdiddir. Bütün bunlara görə Türkiyə Azərbaycanın yanındayıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!