Ermənistan ərazisindən Azərbaycana raket atıldı
01 Okt 2020 13:00
6442

Ermənistan ərazisindən Azərbaycana raket atıldı

Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi raket atəşinə tutulub

Müdafiə Nazirliyindən “Yeni Sabah”a daxil olan xəbərə görə, oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub.

Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.

“Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər