“Ermənistan Rusiyanın Ukraynadakı müharibəsində iştirak etməlidir” - Rus deputat

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan Rusiyanın Ukraynadakı müharibəsində iştirak etməlidir” - Rus deputat

Dünya

14 Aprel 2023 20:50 914


“Əgər Ermənistan Moskvanın müttəfiqi olduğunu deyirsə, o zaman Rusiyanın Ukraynadakı xüsusi əməliyyatında iştirak etməlidir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Yevgeni Fyodorov deyib.

O qeyd edib ki, İrəvan mütləq KTMT-nin layihələrində daha fəal iştirak etməlidir. Toyuqlu pizza

“Ermənistan bunu etmir, bununla belə nələrsə tələb edir. Deməli, bizim bu ölkə ilə münasibətlər sistemimiz düzgün deyil”, - deyə Fyodorov vurğulayıb.

Qeyd edək ki, 2023-cü ilin yanvarında Ermənistan baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) respublika ərazisində hərbi təlimlərinin keçirilməsini yersiz adlandırıb. Onun sözlərinə görə, İrəvan KTMT ilə müttəfiqlik münasibətlərini institusional əsaslar üzərində qurmaq istəyir. “Lakin təşkilatın məsuliyyət sahəsinin harada olduğu bildirilmədikdə bu, Ermənistan üçün fundamental problem yaradır”, - deyə o qeyd edib.

Eyni zamanda Ermənistan ABŞ-nin Avropadakı Ordu Komandanlığının təşkil etdiyi iki təlimdə iştirak etməyi planlaşdırır ki, bunlar KFOR (“Kosovo qüvvələri”) və “Saber Junction” (“Çarpaz qılınclar”) təlimləridir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!