Paşinyan onu XİN rəhbəri təyin edəcək

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan onu XİN rəhbəri təyin edəcək

Rəsmi

13 İyul 2021 18:59 1248


Səlahiyyətlilər Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ermənistanın xarici işlər naziri təyin edilməsi ilə bağlı son qərarı veriblər.

Yenisabah.az xəbər verir ki, bu barədə “ArmLur.am” saytı məlumat yayıb.

Saytın mənbəsi bildirir ki, Baş nazir müavini vəzifəsini icra edən Mqer Qriqoryan və Milli Məclisin spikeri Ararat Mirzoyan bu vəzifəni tutmaqdan imtina ediblər.

“Ararat Mirzoyanın taleyi ümumiyyətlə qeyri-müəyyəndirr. Nəhayət, Alen Simonyanın Milli Məclisin sədri, Suren Papikyan və Mqer Qriqoryanın Baş nazir müavinləri olacağı aydın olub. Ararat Mirzoyan da səfir olmaq istəmir. Onun təyinatı məsələsi həll olunmayıb. Paşinyan bildirib ki, onun təyin edilməsi məsələsi yenidən müzakirə olunmalıdır”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!