Ermənistan türk mallarına qoyulan qadağanın müddətini uzadır   - Nazir açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan türk mallarına qoyulan qadağanın müddətini uzadır - Nazir açıqladı

Rəsmi

09 Fevral 2021 10:53 730


Ermənistan hökuməti türk mallarına qoyulan qadağanı davam etdirmək niyyətindədir.

Yenisabah.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Vahan Kerobyan “Sputnik Armenia”ya açıqlamasında deyib.

“Düşünürəm ki, diplomatik və ya geosiyasi mühit imkan versə, qadağanı daha altı ay uzadacağıq”,-deyə o əlavə edib. pizza hut

Türk mallarının Ermənistan bazarına girməsinə münasibət bildirən erməni nazir, qadağanın erməni müəssisələrinin istifadə edə biləcəyi xammallara aid olmadığını bildirib:

“İdxalı qadağan olunmuş malların siyahısına hazır məhsullar daxildir. Son qərarda onlara liftlər əlavə edilib”.

Xatırladaq ki, fevralın 3-də erməni parlamentinin vitse-spikeri Alen Simonyan Türkiyə mallarına tətbiq olunan qadağaya baxmayaraq, erməni sahibkarların Türkiyədən mal gətirdiyini demişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!