“Qeyri-qanuni mənşəli əmlakın müsadirə edilməsi ilə bağlı İrəvan şəhərinin birinci instansiya məhkəməsinə təqdim edilmiş növbəti 2 iddia icra olunması üçün qəbul edilib”.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun rəsmisi Qor Abrahamyan bildirib.
Qeyd edək ki, Ermənistan Baş Prokurorluğunun Qanunsuz Mənşəli Əmlakın Müsadirəsi Departamenti “Karen Dəmirçiyan adına İrəvan Metropoliteni” QSC-nin keçmiş direktoru Paylak Yayloyana qarşı əmlakının müsadirə edilməsi üçün məhkəmədə iddia qaldırıb. pizza sifarişi
“Kotayk rayonunun Jrvej icmasında yerləşən 2 torpaq sahəsi, İrəvanda P.Proşyan küçəsindəki 2 mənzil, paytaxtdakı Baqramyan prospektindəki dayanacaq və digər daşınmaz əmlakların müsadirə olunması üçün proseslər artıq başlayıb”, - deyə Prokurorluq rəsmisi vurğulayıb.
Telegram kanalımız