Ermənistanda Rusiya hərbçisinin meyiti tapıldı

Ermənistanda Rusiya hərbçisinin meyiti tapıldı
Sent 11, 2019 20:38
Oxunma sayı: 72

Ermənistanda Rusiya hərbçisi, müqavilə əsasında xidmət edən Aleksandr Babuşkinin meyiti tapılıb.

"Yeni Sabah" Rusiya KİV-nə istinadən bildirir ki, 23 yaşlı hərbçisinin meyiti Ermənistanın Gümrü şəhərində yerləşən 102 nömrəli hərbi bazanın Muş məhəlləsində, 32 saylı mənzildə tapılıb. Hərbçinin bədənində kəsiklər aşkar edilib. Onun qətlə yetirildiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Yenisabah.az