Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Ermənistanın ABŞ-dakı səfirinin görüşünə cəmi 10 erməni gəlib - Erməni KİV
16 Okt 2021 22:54
523

Ermənistanın ABŞ-dakı səfirinin görüşünə cəmi 10 erməni gəlib - Erməni KİV

Ermənistanın ABŞ-dakı yeni səfiri Lilit Makuntsun bu ilin oktyabrın 14-də, Nyu-York şəhərində Amerika erməni hüquqşünaslar assosiasiyasının üzvləri ilə keçirmək istədiyi görüş fiasko ilə nəticələnib.

Yenisabah.az xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzetində məlumat yayılıb. 

Qəzetin informasiyasına əsasən, həmin görüşə cəmi 10 erməni əsilli vəkil gəlib. Hərçənd, Amerika erməni hüquqşünasları assosiasiyasının 300-ə yaxın üzvü var və onlardan azı 30-u Nyu-Yorkda yaşayır.

Lilit Makunts bunu ört-basdır etmək üçün öz “Twitter” hesabında təşkilatın idarə heyətinin üzvləri ilə görüşdüyünü bildirib. Lakin məlum olub ki, tədbirə assosiasiyanın rəhbəri Lüsi Varpetyan belə gəlməyibmiş. Hətta bununla bağlı həmin təşkilat sosial şəbəkələrdə rəsmi xəbər yaymağı da lüzum görməyib./Musavat.com

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər