“Ermənistanın canlı qüvvə itkiləri bizdəkindən qat-qat çoxdur” -  Siyasi şərhçi
03 Dek 2020 17:25
581

“Ermənistanın canlı qüvvə itkiləri bizdəkindən qat-qat çoxdur” - Siyasi şərhçi

"Rəsmən açıqlandı ki, 44 günlük Vətən savaşında 2783 hərbi şəhidimiz olub. Bir şəhid olsa belə çoxdur əlbəttə. Lakin bu rəqəm şəxsən mənim gözlədiyimdən xeyli aşağıdır. Sevinmək olar. Əlbəttə, şəhidlərimizin ruhunu əziz tutaraq ona sevinə bilərik ki, rəqəm olaraq bu qədər az itkiylə torpaqlarımızı 28-27 illik işğaldan büsbütün azad etməyi bacardıq".

Yenisabah.az xəbər verir ki, bunu siyasi şərhçi Azər Həsrət sosial şəbəkədə yazıb.

O qeyd edib ki, biz bu qələbəyə görə, ilk növbədə bu 2783 şəhidimizə, eyni zamanda minlərlə qazimizə, ən nəhayət Ali Baş Komandan İlham Əliyevə və ona güvənən xalqa minnətdar olmalıyıq:

"Şəhid ata-anaları, şəhid övladları, şəhid həyat yoldaşları. Biz sizin qarşınızda baş əyirik! Məhz sizin ən əziz insanlarınız özlərini fəda edərək Azərbaycanın üzərindəki namus ləkəsini yudular! Allah onlara rəhmət eləsin! Məkanları cənnət olsun! Allah sizlərdən də razı olsun ki, öz əzizlərinizi millətin namusu uğrunda fəda etdiniz".

A.Həsrət Ermənistanın canlı qüvvə itkilərinin bizdən qat-qat artıq olduğunu da qeyd edib. Bildirib ki, hələlik bu rəqəmin 4 minin üzərində olduğu etraf edilib.

“Ermənistanın canlı qüvvə itkiləri bizdəkindən qat-qat çoxdur” -  Siyasi şərhçi
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər