Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət olundu
20 Okt 2021 16:55
405

Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət olundu

Azərbaycan Diaspor Gəncləri Şəbəkəsi və diaspor gənclər təşkilatlarının birgə təşəbbüsü əsasında II Qarabağ savaşı zamanı Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı bəyanat qəbul edilib. 

Yenisabah.az xəbər verir ki, bəyanatda bildirilib ki, ötən ilin oktyabr ayında Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişinə əsasən, Azərbaycanın cəbhə xəttindən kənarda yerləşən Gəncə və Bərdə şəhərlərinə ballistik raketlərlə dəhşətli zərbələr endirilib. Bəşəri dəyərlərə və beynəlxalq konvensiyalara zidd olan bu amansız cinayətlər nəticəsində mülki azərbaycanlılar həlak olub və yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib. Qeyd edilib ki, Ermənistan silahlı qüvvələri ölkəmizin  Mingəçevir, Naftalan, Goranboy, Tərtər şəhərlərini, Ağdam və Xızı rayonlarını intensiv şəkildə atəş altında saxlamaqla ağır müharibə cinayətlərinə yol verib. 

Azərbaycan Diaspor Gənclər Şəbəkəsi, Norveç-Azərbaycan Gənclər Təşkilatı, Mədəniyyətlərarası əlaqələr üçün Gənclər Birliyi, Azərbaycan-İtaliya Gənclər Assosiasiyası, Litva-Azərbaycan Gənclər Təşkilatı, Polşadakı Azərbaycan Evi, Xəzər Araşdırmalar Mərkəzi, Azərbaycan-Macarıstan Gənclər Birliyi, Azər-Türk Gənclər Təşkilatı, “İRS” Estoniya-Azərbaycan Gənclər Mərkəzi, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası, Şimali Amerika-Azərbaycan Gənclər Təşkilatı, Kipr-Azərbaycan Diaspor Mərkəzi, “Sankt-Peterburq Azərbaycan Milli-Mədəni Muxtariyyəti” nəzdindəki Azərbaycan Gəncləri Birliyi, “Azərbaycan İcmaları Konqresi” nəzdindəki Azərbaycan Gənclər Təşkilatı, Ukrayna Azərbaycanlı Gənclər Radası adından qəbul edilmiş bəyanat beynəlxalq təşkilatlara göndərilib. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər