26 May - 11:36
Əsalı dekanları krossovkalı gənclər əvəz edəcək?  - “BDU-da yalnız bir nəfər...“

Əsalı dekanları krossovkalı gənclər əvəz edəcək? - “BDU-da yalnız bir nəfər...“

Sosial

19 Yan 2022 11:22


“Dekan olmaq üçün ən yüksək yaş 50 olmalıdır”.

Yenisabah.az-a açıqlamasında bu təklifi Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov səsləndirib.

Mövzu Bakı Dövlət Universitetinin 8 fakültəsinə yeni dekan seçilməsi ilə yaranıb. Dekanların siyahısına nəzər saldıqda onların arasında gənc namizədlərə rast gəlmək çətindir.

“Bakı Dövlət Universitetində dekan vəzifələri xeyli müddətdir boş idi. Fakültə dekanlığı çox mühüm vəzifədir və bu vəzifəyə təcrübəli insanlar seçilməlidir.

Zaman-zaman ali təhsil müəssisələrində gəncləşməyədə ciddi ehtiyac var. BDU-da həmişə gənc, işini bilən, təmkinli, savadlı dekanlar olub. Jurnalistika fakültəsinin dekanını nümunə çəkmək olar. Əlbəttə, təcrübəli, yaşlı insanlar da çox saydadır. Lakin üstünlük gənclərə verilməlidir. Əsas məsələ odur ki, onlar işlərinin öhdəsindən gələ bilsinlər, etimadı doğrultsunlar”, – deyə İlqar Orucov qeyd edib. 

O əlavə edib: 

“Dekanlar tələbələrlə daha çox işləyən vəzifə daşıyıcılarıdır. Tələbələrlə işi düzgün şəkildə qurmalıdırlar. Bu iş üçün enerjili insanlara daha çox ehtiyac var. Bu baxımdan yaşlı insanların dekan seçilməsi yaxşı hal deyil. Ona görə də, dekan olmaq üçün ən yüksək yaş 50 ola bilər”.

Mehri QURBAN


Youtube kanalımız


Digər xəbərlər