“Əgər əsgər xidmət zamanı nümunəvi davranışı və ya xidmətdə əldə etdiyi uğurlarla fərqlənirsə, həmçinin dövlət və ya peşə bayramları münasibətilə həvəsləndirmə tədbiri kimi ona növbədənkənar məzuniyyət verilə bilər”.
"Yeni Sabah" konkret.az-a istinadla xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov bildirib.
O qeyd edib ki, ailə vəziyyəti ilə bağlı da əsgərə məzuniyyət verilməsi qanunvericilikdə nəzərdə tutulub: Dominos pizza
“Əsgərin birinci dərəcəli ailə üzvlərindən biri ağır xəstələndikdə, vəfat etdikdə və ya ailədə digər ciddi hallar yarandıqda hərbi hissə komandiri öz səlahiyyətləri çərçivəsində, zərurət olduqda isə yuxarı komandanlığın razılığı ilə ona qısamüddətli məzuniyyət verə bilər”.
Hərbi ekspert vurğulayıb ki, bu qaydalar Silahlı Qüvvələrin bütün şəxsi heyətinə şamil olunur. Buraya Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların, eləcə də digər hərbi qurumların həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuları daxildir. Bütün bu məsələlər “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” ilə tənzimlənir.
Üzeyir Cəfərovun sözlərinə görə, qanunvericiliyə əsasən birinci dərəcəli ailə üzvləri dedikdə ana, ata, həyat yoldaşı, bacı, qardaş, övladlar, eləcə də himayəsində olan şəxslər nəzərdə tutulur.
Telegram kanalımız