Koronavirusla bağlı məhdudiyyətlərin davam etməsi çoxsaylı suallar doğurur. Xüsusilə toy mərasimlərinin keçirilməməsi insanlar arasında narahatlıq yaradır. Hesab edirlər ki, bu, gələcəkdə genefondda geriləməyə səbəb ola bilər.
Tanınmış pediatr Vaqif Qarayev məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, pandemiya bizim kimi toplumların düşüncəsini kökündən dəyişəcək:
“Bildiyim görə rayonlarda da, Bakıda da cütlüklərin bir çoxu gizli şəkildə evlənir. Yəni bəziləri toy etməkdə o qədər də maraqlı olmur. Mənə elə gəlir ki, pandemiya həm yas, həm toy məclisləri ilə bağlı düşüncəni dəyişəcək. Razılaşmaq lazımdır ki, toyların 90 faizi görüntü xatirinə üçün edilirdi. Təcrübəmə əsasən, deyə bilərəm ki, mən cütlüklərin toydakı xoşbəxtliyinin bir damcısını belə bir il sonra onların simasında görmürəm. Toyların formatının dəyişməli olduğunu düşünürəm. Ailə iki insan üçün qurulur. Amma bizdə bir valideyn diktaturası var. Axı xoşbəxtlik dəbdəbə ilə olmur. Bu, insanın düşüncəsində olmalıdır”. Marqarita pizza
Həkim toy mərasimlərinin təxirə salınmasının, bütövlükdə pandemiyanın genefondumuza ciddi təsir göstərməyəcəyini diqqətə çatdırıb:
“Bir neçə gün əvvəl statistik məlumatı oxudum. Statistika kritik həyəcan doğuracaq bir şey vermədi. Doğuşda elə ciddi geriləmə yoxdur. Demoqrafik pozuntu görmürəm. Sadəcə həmişə olduğu kimi oğlan uşaqları çoxdur və mən həm valideyn, həm həkim kimi bunun əleyhinəyəm. Qız uşaqlarını məhv etmək olmaz. Buna əsas olaraq bu günədək müharibə aparan ölkə olmağımızı göstərirdilər. Bu, çox qeyri-ciddi arqumentdir, əsgər lazım olduğuna görə başqa bir övladı ana bətnidə necə öldürə bilərsən?!”
Sayad HƏSƏNLİ
Telegram kanalımız