Əsir Hüseyn Axundovun anası CANLI EFİRDƏ: “Halallıq istəyirdi”   – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Əsir Hüseyn Axundovun anası CANLI EFİRDƏ: “Halallıq istəyirdi”  – VİDEO

Sosial

08 Dekabr 2023 13:26 626


Azərbaycan və Ermənistan arasında hərbi qulluqçuların qarşılıqlı surətdə azad edilməsi barədə razılığa əsasən hərbçilər – Aqşin Bəbirov və Hüseyn Axundov azad ediləcək.

Yenisabah.az xəbər verir ki, Hüseyn Axundovun anası Şəlalə Axundova ATV-nin “Xəbərin olsun” proqramının efirində canlı bağlantıya qoşulub.

O, oğlunun məktublarında halallıq istəməsini bildirib: pizza mizza

“Noyabrın 23-ü danışmış, 27-si isə məktubunu almışdıq. Bəlkə də bu xəbər onun özü üçün də sürpriz olub. Çünki Hüseyn məktubunda hamıdan halallıq istəyir, biz də qorxurduq. Ömürlük həbs cəzası veriləndə fikirləşdik ki, yəqin bunu bilib, halallıq istəyib”.

Şəlalə xanımın bu açıqlamasından sonra verilişin aparıcısı Kübra Məhərrəmova göz yaşlarını saxlaya bilməyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!