Eşitmə və nitq məhdudiyyətli qızın pensiyası kəsildi - Video

saytların hazırlanması

Evə çatdırılma

Eşitmə və nitq məhdudiyyətli qızın pensiyası kəsildi - Video

Sosial

05 Fevral 2022 17:37 1105


Baxışlarında min bir arzu, min bir dilək var. Amma susqun baxışlarından nə qədər acı çəkdiyini anlamaq çətin deyil. Nə yaşıdları kimi məktəb oxuyub, nə də tələbəlik həyatı yaşamaq nəsib olub.

Söhbət Şabran rayonunun Baş Əmirxanlı kənd sakini, anadangəlmə eşitmə və nitq məhdudiyyətli 20 yaşlı Könül Teymurxanovadan gedir.

Anası Çiçək xanım bildirir ki, iki oğul və bir qız övladı var. Oğlanlar sağlam olsa da, 2002-ci il təvəllüdlü Könül məhdudiyyətlidir. pizza mizza

Çiçək xanım qızının pensiya ala bilməməsindən şikayətçidir. O bildirir ki, bu günə qədər sadəcə 2007-ci ildə Könülə pensiya təyin olunub, o da 6 ay olub.

Çiçək Teymurxanovanın sözlərinə görə, övladının pensiya alması üçün dəfələrlə müraciət etsə də, gələn cavablarda sənədlərin düzgün doldurulmadığı qeyd olunub.

Çarəsiz ana deyir ki, qızının vəziyyəti günbəgün çətinləşir. O isə maddi imkansızlıq səbəbindən övladına yardım etməkdə aciz qalıb.

Daha ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!