Əsrin sonuna qədər Antarktidada canlılar məhv ola bilər

saytların hazırlanması

Evə çatdırılma

Əsrin sonuna qədər Antarktidada canlılar məhv ola bilər

Dünya

24 Dekabr 2022 08:28 621


Əsrin sonuna qədər Antarktidada canlıların 97 faizi məhv ola bilər. 2100-cü ilə qədər Antarktida ərazisində faunanın yalnız 3 faizi sağ qala bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “PLOS Biology” jurnalında yer alıb.

Tədqiqata görə, orta temperaturun Selsi üzrə 2 dərəcə yüksəlməsi ilə növlərin orta hesabla 65 faizinin (ən yaxşı halda 37 faiz, ən pis halda 97 faiz) 2100-cü ilə qədər nəsli kəsilmək ehtimalı var. Toyuqlu pizza

Alimlər hesab edirlər ki, Antarktika Müqaviləsi ilə bağlı hazırda qüvvədə olan Ətraf Mühitin Mühafizəsi Protokolunda nəzərdə tutulan tədbirlər qlobal istiləşmə şəraitində qitənin biomüxtəlifliyini qorumaq üçün yetərli deyil. Heyvanların xilas edilməsi səyləri üçün maliyyə artırılmalıdır. 2100-cü ilə qədər hesablanmış ən effektiv proqramın dəyəri 1,92 milyard dollardır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!