“O vaxt hakimiyyətdə təmsil olunanların və olunmayanların hamısı bir-birində kompromat toplayıb. 33 ildir ki, yorulmadan bir-birilərini ittiham edirlər. TV aparıcıları isə üzədurmaları, təhqirləri şok faktlar kimi təqdim edir və bundan ləzzət alırlar”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri sabiq deputat Etibar Əliyev açıqlayıb.
O, bildirib ki, internet televiziyalarında demək olar ki, hər kəs müsahibə alır, lakin ölkədə maraqlı elm adamları və digər intellektual şəxslər bu platformalarda kifayət qədər görünmür: pizza
“İnternet TV-lərdə müsahibə kontenti geniş vüsət alıb. Ruhi də daxil olmaqla hamı müsahibə alır. Bu məmləkətdə nə qədər maraqlı adam var? Elm adamları belə məkanlarda görünmürlər. Görsənib nədən danışacaqlar? Qalır siyasətlə məşğul olanlar. İndi təsəvvür edin: Bir illik cəbhə hakimiyyəti olmasaydı nədən danışacaqdılar? O vaxt hakimiyyətdə təmsil olunanların və olunmayanların hamısı bir-birində kompromat toplayıb. 33 ildir ki, yorulmadan bir-birilərini ittiham edirlər. Tv aparıcıları isə üzədurmaları, təhqirləri şok faktlar kimi təqdim edir və bundan ləzzət alırlar”.
Sabiq deputat, həmçinin sosial şəbəkələrdəki müzakirələrin və xəbər gündəminin də sağlam informasiya mühitinə mənfi təsir göstərdiyini vurğulayıb:
“Narsisim xəstəliyi jurnalistikanı məhv edib. Xətti təfəkkür tərzi insanlarda ürəkbulanma yaradır. Facebookda söz deməyə peşman olursan. Dərhal “müdrik” narsistlər səhifəndə peyda olur və öyüd-nəsihət verməyə başlayırlar. Hamı xəbər pusqusundadır. Allah eləyə ölkədə heç olmasa bir il adam ölməyə, bir il heç kim heç kimi təhqir etməyə, heç kim vəzifəsini itirməyə, onda saytlar və TV-lərdə böyük ixtisarlar baş verər”.
Aytac Əliyeva
Telegram kanalımız