Etiraz edən qazilər nazirlik binasının qapısını qırdı – Video

saytların hazırlanması

Evə çatdırılma

Etiraz edən qazilər nazirlik binasının qapısını qırdı – Video

Sosial

02 İyun 2022 13:38 13452


Xəbər verdiyimiz kimi, bu gün bir qrup Qarabağ qazisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirib.

“Yeni Sabah” bildirir ki, onlar əlillik təyinatının olmaması, əksər hallarda imtina cavabı almaları, əyani müayinənin aparılmamasından, komissiyaya gec çağırılmalarından narazılıqlarını ifadə ediblər.

Sosial şəbəkələrdə yayılan videolardan görünür ki, nazirlik əməkdaşları binanın qapılarını bağlayıblar və onları qəbul etməyiblər. Bu zaman isə aksiya iştirakçıları nazirlik binasının şüşə qapısını sındıraraq içəri daxil olublar.  Marqarita pizza

Videolardan görünür ki, nazirliyin mühafizə xidməti, polislər qazilərlə nəzakətlə davranıblar və hətta polis əməkdaşlarından biri etirazçını qucaqlayıb.

Görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!