“Ətrafımda LGBT nümayəndələri çoxdur və mən bunu...” - Ayandan şok açıqlamalar

saytların hazırlanması

Evə çatdırılma

“Ətrafımda LGBT nümayəndələri çoxdur və mən bunu...” - Ayandan şok açıqlamalar

Şou

11 Yanvar 2022 21:57 1576


Bir neçə gün əvvəl qalmaqallı "Sev məni" klipi ilə gündəmə gələn müğənni Ayan Babakişiyeva yeni açıqlamaları diqqəti özünə çəkib.

Yenisabah.az xəbər verir ki, müğənni "MTV" kanalına müsahibəsi zamanı klipində LGTB nümayəndəsini əks etdirdiyi üçün onu qınayanlara bu cür cavab verib:

"Ətrafımda LGBT nümayəndələri çoxdur. Bunu bir xəstəlik, anormallıq kimi qəbul etməmişəm və bundan sonra da qəbul etməyəcəm". pizza hut

Müğənni ictimai qınaqdan da çəkinməyərək, açıq-aşkar LGTB nümayəndələrinə dəstək olduğunu vurğulayıb:

"Mən burada utanacaq, qorxulacaq, ya da çəkinəcək pis bir şey görmürəm. Hər bir insan bir şəxsiyyətdir və öz oriyentasiyasını seçməkdə azaddır. Ona nə sən, nə mən, nə də bir başqası qarışa bilməz. Vacib olan insanın özüdür. O, sənin çətin günlərində yanındadırsa, söhbət bitdi. Şərt o deyil ki, onun daxili və xarici fərqlidir. Bu mənim üçün fərq etmir!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!