ETSN “Bakı KOB evi“ndə 9 istiqamət üzrə fəaliyyət göstərir

saytların hazırlanması

Evə çatdırılma

ETSN “Bakı KOB evi“ndə 9 istiqamət üzrə fəaliyyət göstərir

Sosial

02 Fevral 2023 12:20 584


Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Bakı KOB evi”ndə sahibkarlara 9 istiqamət üzrə xidmət göstərilir. 

Bu barədə Yenisabah.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Xidmət növləri aşağıdakılardır:  Toyuqlu pizza

•    Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə verilməsi; 

•    dövlət ekoloji ekspertizasından keçirilməli olan obyektlər barədə ekspert rəyinin verilməsi;

•    atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə verilməsi;

•    balıqovlama biletinin verilməsi; 

•    zooloji kolleksiyaların yaradılmasına, zənginləşdirilməsinə, onlarla ticarətə, belə kolleksiyaların Azərbaycan Respublikasına gətirilməsinə, onun hüdudlarından kənara göndərilməsinə və aparılmasına icazə verilməsi; 

•    kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti (dənizdən introduksiya, ixrac, təkrar ixrac və idxal) üçün icazə (sertifikat) verilməsi;

•    yaşıllığın götürülməsi vərəqinin verilməsi; 

•    yerin təkindən faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə müəyyən sahələrə “Dağ-mədən ayırması” statusunun verilməsi;

•    geoloji öyrənilmə məqsədilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi. 

Sahibkarlar bu xidmətlər üçün ETSN-in “Bakı KOB evi”ndə xidmət göstərən mütəxəssislərinə müraciət edə bilərlər. Sözügedən xidmətlərin ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən KOB evlərində də həyata keçirilməsi planlaşdırılır.

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!