“Eurovision“ erotizm, dəlilik yarışına çevrilir“   - Murad Arif

saytların hazırlanması

Evə çatdırılma

“Eurovision“ erotizm, dəlilik yarışına çevrilir“ - Murad Arif

Şou

24 May 2021 13:17 1382


Azərbaycanın "Eurovision 2021" təmsilçisi Samirə Əfəndinin yarışmada 20-ci yeri tutması və az xal toplaması ətrafında müzakirələr bitmək bilmir.

Yenisabah.az xəbər verir ki, əksər ölkələrin "Mata Hari" ifasına xal verməməsi ilə bağlı bu dəfə müğənni Murad Arif fikir bildirib.

"İldə bir dəfə Avropanın televiziya bayramına qoşuluruq. "Avroviziya" özü getdikcə melodiya yarışından çox, "POPsa", qəribəlik, erotizm, dəlilik, sərbəstlik, azadlıq və friklərin yarışına çevrilməkdədir. Hər ölkə də bacardığı kimi yaddaşda qalmağa çalışır. Toyuqlu pizza

Azərbaycan bu il başqa nəğmə, mövzu ilə çıxmalı idi. Amma, artıq budur, belədir. Ölkəmizə dəstək olmalıyıq. Hər ilin öz favoritləri, proqnozları olur. Çox zaman mənim proqnozlarım dəqiq olduğu üçün bu il də təxminlərimi sizinlə bölüşürəm. Şəxsən bəyəndiyim mahnılar İtaliya, Portuqaliya və Rusiyadandır".

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!