Ev almaq istəyənlər üçün yeni tələb? – Pulun mənbəyi... 

saytların hazırlanması

Evə çatdırılma

Ev almaq istəyənlər üçün yeni tələb? – Pulun mənbəyi... 

Sosial

06 Yanvar 2024 09:09 11056


Sosial şəbəkələrdə paylaşılan bir xəbər hər kəsin marağına səbəb olub. İddia olunur ki, ev almaq istəyənlər yeni çıxan qanuna əsasən əmlak üçün edilən ödənişin mənbəyini təsdiq edən sənədi alqı-satqı zamanı notariat ofisinə təqdim etməlidir. Bu iddialar doğrudurmu?

Sözügedən məsələ ilə bağlı hüquqşünas Emil Aslanov “Yeni Sabah”a açıqlama verib. O səsləndirilən iddialara aydınlıq gətirib:

“Ev alqı-satqısı zamanı zəruri olan bütün sənədlər qanunvericiliklə təsbit edilmişdir. Bunlar əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, yəni evə aid çıxarış, əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmamasına dair Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətindən verilən arayış, mülkiyyətçi nikahdadırsa, nikah haqqında şəhadətnamə, daşınmaz əmlakın satışına ər və arvadın notariat qaydada təsdiq edilmiş razılığı, yaşayış evində, mənzildə, bağda və ya bağ evinin yaşayış yeri üzrə qeydiyyatda olması barədə yalnız yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat qaydada təsdiq edilmiş razılığı tələb olunur”. pizza mizza

Hüquqşünas həmin fikirlərin şayiə olduğunu qeyd edib:

“Ev almaq üçün ödənilən məbləğin mənbəyinin göstərilməsi barədə qanunvericilikdə hər hansı bir nüans nəzərdə tutulmayıb. Hesab edirəm ki, bu barədə iddia olunan fikirlərin hamısı şayiədən ibarətdir”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Bakidan
    Amma yaxwi fikirdi, Adi siravi vetendaw aid mesele deyil. Bunu yoxlama hec bir cetinlik yox, evlerin coxusu bir krug insanlar alir, onlarin adi soyadi bellidir.....
    2 years ago