Ev dustaqlığında olan “Arzum” uşaqlarını görə biləcək?

saytların hazırlanması

Evə çatdırılma

Ev dustaqlığında olan “Arzum” uşaqlarını görə biləcək?

Sosial

22 İyul 2026 15:11 755


Bu gün ev dustaqlığına buraxılan “Arzum 9999” ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsində Bakı Apellyasiya Məhkəməsində çıxarılan qərar bəzi suallar doğurub.

“Yeni Sabah” xəbər verir ki, prosesdə zərərçəkənin hüquqi varisi və nümayəndəsi iştirak etməyib. Halbuki əvvəldən qəzada ölmüş Amal Muradovun xanımı Sənubər Muradovanın “Arzum”un cəzasının ağırlaşdırılmasını tələb edəcəyi iddia olunurdu.

Vəkilləri vəsatət verərək İlduzə Hacıyevanın ev dustaqlığına buraxılmasını xahiş edərkən bildirib ki, İlduzə Hacıyevanın qeyri-rəsmi nikahdan 4 övladı onun himayəsindədir, əgər o, həbsdə qalarsa, uşaqları Almaniyada sığınacağa yerləşdiriləcək. pizza

20 gün əvvəl həbs edilən tiktoker ev dustaqlığında olduğu müddətdə sosial şəbəkələrdən istifadə etməyə qadağa qoyulub.

O, yalnız telefon vasitəsilə ailə üzvləri ilə əlaqə saxlaya biləcək. 

Vəkil Sadiq Əfəndiyev “Yeni Sabah”a bildirib ki, İlduzə Hacıyevanın həbsdə olması valideyn hüquqlarını tam aradan qaldırmasa da, həmin hüquqları faktiki olaraq həyata keçirməsinə mane olur:

“Ancaq onun uşaqlarının atası ilə rəsmi nikahı olmasa belə, əgər məhkəmə qaydasında usaqlarin atalığı müəyyən edilibdirsə bu halda həmin şəxsin uşaqları himayəyə götürməsi üçün heç bir maneə yoxdur. Eyni zamanda, onunda qeyd edim ki şəxsin yaxın qohumları uşaqları himayəyə götürə bilər bunun üçün heç bir məhdudiyyət yoxdur”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!