“Evdən çıxmadan da dini ayinləri icra edə bilərik” – Xuraman Şuşalıdan Aşura   ÇAĞIRIŞI

saytların hazırlanması

Evə çatdırılma

“Evdən çıxmadan da dini ayinləri icra edə bilərik” – Xuraman Şuşalıdan Aşura ÇAĞIRIŞI

Din

26 Avqust 2020 12:53 1323


Koronavirus səbəbilə yaranan təhlükəli vəziyyətə görə Operativ Qərargah tərəfindən toy və yas mərasimləri, o cümlədən digər kütləvi tədbirlərin keçirilməsi qadağan olunub. Məhərrəm ayı və Aşura mərasimi də bu dövrə təsadüf edib. Maraqlıdır, bu dövrdə dindar məşhurlar imamların ruhuna öz ehtiramlarını hansı formada göstərəcəklər? 

Məsələ ilə bağlı müğənni Xuraman Şuşalı Yenisabah.az-a açıqlamasında bildirib ki, hazırkı vəziyyətdə qaydalara əməl etmək lazımdır: 

“Məhərrəm ayında heç istəməzdim ki, toylara, şənliklərə icazə verilsin. O ki qaldı aşura mərasimi və digər dini mərasimlərə, gərək yaşadığın yerin qayda-qanunlarına nə olur olsun riayət edəsən. İmam Hüseyn sevgisini nə karantin, nə də başqa bir şey qəlblərimizdən silə bilməz. Karantin olsa da, əzadarlığımızı evdə edə bilərik. Mən bilirəm ki, bizim axundlarımız, din adamlarımız “YouTube”da onlayn şəkildə bu ərəfədə vacib olan əməlləri qeyd edəcəklər. Necə ki, Ramazan ayında, Qədr gecələrində vacib olan əməlləri internet vasitəsilə insanlara çatdırmışdılar, həmçinin indi də elə olacaq. Qanun hamımız üçündür, qanuna əməl edərək evdən çıxmadan da dini ayinlərimizi icra edə bilərik. Şükürlər olsun, bu gün demək olar hamının evində internet var, əzadarlığımızı bu şəkildə edə bilərik”.  pizza hut

Xanım sənətçi karantin müddətində evdən çıxa bilməməyi faciə kimi qiymətləndirməyib:

“Mən əslində hər yay, məktəblər tətil olan kimi şəhərdən uzaqlaşırdım, dincəlməyə gedirdim, bir də payızda qayıdırdım. Bu il isə heç yerə gedə bilmədik. Mənim də bir xasiyyətim var, qanun qanundur. Nə olur olsun, qanunu poza bilmirəm. Ona görə evdə qaldıq, inanın, heç həyətə də düşmürdük. Karantinin əvvəlində xəstəlikdən hədsiz dərəcədə qorxurdum. Artıq öyrəşmişik, həyatın axarına buraxmışıq, onsuz da Allahın izni olmadan bir yarpaq belə yerə düşməz. İndi arada həyətə düşürük. Bu 6 ayda mənim övladlarım bəlkə beş dəfə həyətə düşüblər, ancaq balkonda olmuşuq. Biz karantini hədsiz pis keçirdik, Allah özü kömək olsun ki, qışda bu uşaqlar xəstələnməsinlər. Yenə də bu günümüzə şükür!”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!