Əvəz Zeynallı apellyasiya şikayəti verdi

saytların hazırlanması

Evə çatdırılma

Əvəz Zeynallı apellyasiya şikayəti verdi

Sosial

18 Mart 2024 13:36 405


“Xural” internet telekanalının həbsdə olan rəhbəri Əvəz Zeynallı barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Yenisabaha.az Report-a istinadla xəbər verir ki, bu barədə onun vəkili Rəşad Əliyev məlumat verib.

O bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib və Ə.Zeynallı barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Marqarita pizza

Xatırladaq ki, Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!