Tanınmış aparıcı Hacı Nuran Gəncədə terror qurbanı olan ailələrlə görüşüb.
Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edən aparıcı evləri dağılan sakinlərin əhval-ruhiyyəsinin yüksək olduğunu qeyd edib:
"Gəncə terroru neçə-neçə ailəni başsız, neçə-neçə uşağı gözüyaşlı qoydu. Gülnarə Quliyeva dağıntılar altından xilas olanlardandır. Olduqaca pozitiv insandır. Gəncə Mərkəzi Klinikasında müalicə olunur. Evi uçub, əşyaları paramparça olub, amma bir kəlmə də olsa gileyini eşitmədim. Məni görən kimi gülümsədi və "ağrılarım keçdi" dedi. Məncə, insanın şəfası onun əhval-ruhiyyəsidir. Görüşdüyüm, söhbət etdiyim insanların hər biri "malımız, mülkümüz dözvlətimizə, Ali Baş Komandanımıza qurban olsun" deyirlər. Bu cür xalqı alqışlamamaq, sevməmək mümkündürmü?" pizza mizza
Telegram kanalımız