Evinə girəndə və çıxanda qorxu keçirən sakinlər – Xırdalanda çəkilən VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Evinə girəndə və çıxanda qorxu keçirən sakinlər – Xırdalanda çəkilən VİDEO

Sosial

23 Noyabr 2022 11:43 606


Xırdalan şəhəri 27-ci məhəllədəki yaşayış binasının sakinləri içəri daxil olanda da, çıxanda da həyəcan keçirirlər. Sakinlər qorxu içindədir. Çünki, binanın girişin hissəsi hər an çökə bilər.

Yenisabah.az xəbər verir ki, bu təhlükəni ötən il baş verən partlayış yaradıb. Nə qədər qəribə olsa da, üzərindən kifayət qədər uzun müddət keçib, amma təhlükə aradan qaldırılmayıb.

Məsələ ilə bağlı “ATV Xəbər”in əməkdaşı hadisə yerində olub. Sezar pizza

Sakinlərin sözlərinə görə, hadisə baş verəndən bir müddət sonra, binada müəyyən fəsadlar ortaya çıxmağa başladı. Təxminən bir həftə əvvəl isə çıxış hissədə acınacaqlı vəziyyət yaranıb.

2021-ci ilin yanvarın 25-də baş verən partlayışdan sonra qəzalı vəziyyətə düşən binada yaranan təhlükəli vəziyyətlə bağlı Abşeron Rayon İcra Hakimiyyətində də xəbərdardılar. Qrumdan bildirildi ki, problemlə bağlı müraciət məktubu FHN-ə göndəriləcək. Nazirlikdən “ATV Xəbər”ə dedilər ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qısa müddət ərzində müvafiq tədbir görəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!