Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Goranboydakı qətlin   TƏFƏRRÜATI

saytların hazırlanması

Evə çatdırılma

Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Goranboydakı qətlin TƏFƏRRÜATI

Kriminal

18 İyun 2026 18:40 314


Goranboyda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Maşallah Əliyevin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Yeni Sabah" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub, o, 9 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2025-ci ildə Goranboy rayonunun Hazırəhmədli kəndində baş verib. Əvvəllər ailəli olub boşanan M.Əliyev sonradan İlhamə Tağıyeva ilə ailə həyatı qurub və onların birgə nikahından 3 övladları dünyaya gəlib. Bir müddətdən sonra M.Əliyev İlhamənin başqa kişilərlə yazışdığını iddia edərək onu izləyib. Pepperoni pizza

İttihamda göstərilib ki, M.Əliyev həyat yoldaşının telefonuna baxarkən onun başqa kişilərə sevgi mesajları yazdığını və şəkillər yolladığını görüb. Həmin şəxslərdən biri isə M.Əliyevin xalası oğlu olub. O, xalası oğluna həyat yoldaşının telefonu ilə sms yazaraq görüşə çağırıb. Xalası oğlu görüşə gələrkən orada M.Əliyevi görüb. Mübahisə zamanı M.Əliyev xalası oğlunu bıçaqlayıb.

Hadisədən bir müddət sonra Maşallah yenidən həyat yoldaşının telefonunda başqa kişi ilə yazışmasını tutub və onu qətlə yetirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!