Əvvəlki illərin məzunları üçün keçiriləcək imtahanların tarixi məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Əvvəlki illərin məzunları üçün keçiriləcək imtahanların tarixi məlum oldu

Sosial

29 Dekabr 2023 15:03 856


Əvvəlki illərin məzunları üçün keçiriləcək imtahanların tarixi məlum olub.

Yenisabah.az xəbər verir ki, gələn ilin aprel ayının 14-də əvvəlki illərin məzunları üçün I, II, III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik bazadan kolleclərə qəbul imtahanı keçiriləcək.

Həmin tarixdə eyni zamanda ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən XI sinif şagirdləri üçün əlavə imtahan, eləcə də eksternat qaydasında buraxılış imtahanı olacaq. Marqarita pizza

Bundan başqa, gələn il mayın 5-də isə əvvəlki illərin məzunları üçün 9 illik bazada kolleclərə qəbul imtahanı, kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən IX sinif şagirdləri üçün əlavə imtahan və eksternat qaydasında buraxılış imtahanı da baş tutacaq.

Xatırladaq ki, DİM digər imtahanların qrafikini 2024-cü ilin yanvar ayı ərzində paylaşacaq.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!