“Əxlaqsızlar dəstəsinin əməlləri...” - Bağçalı kimə   XƏBƏRDARLIQ ETDİ?

saytların hazırlanması

Evə çatdırılma

“Əxlaqsızlar dəstəsinin əməlləri...” - Bağçalı kimə XƏBƏRDARLIQ ETDİ?

Siyasət

14 Oktyabr 2026 23:18 398


MHP sədri Dövlət Bağçalı müxalifətə çağırış edərək, fond qalmaqalını bələdiyyələrdəki korrupsiya hallarından yayınmaq üçün vasitəyə çevirməməyə səsləyib.                                      

"Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, o, həmçinin “qisasçılıq” meyilləri ilə bağlı xəbərdarlıq edib.

Partiyasının Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup toplantısında çıxış edən Bağçalı əsasən bunları deyib: pizza mizza

SONUNA ÇATDIRILACAQ

“Terrorun olmadığı Türkiyə” insanlığa ədalətli nizam vəd edən, Türkiyə mərkəzli yeni sivilizasiyanın qurulması şüurudur. Əldə etdiyimiz əmin-amanlıq və təhlükəsizlik mühitini sabotaj etmək istəyənlər yenidən hərəkətə keçiblər. Əvvəlcədən bildirək ki, Türkiyə öz yolundan, türk xalqı isə verdiyi qərardan geri dönməyəcək. “Terrorun olmadığı Türkiyə” istiqamətində addımlar ciddi və səmimi şəkildə atılmağa davam edəcək və qısa müddətdə sona çatdırılacaq.

 YAYINMA VASİTƏSİ KİMİ GÖRÜR

“Bu prosesdə xüsusilə müxalifət dairələri almanı armudla eyni tərəzidə çəkirlər. Xalqımızın üzərinə çökmüş, bələdiyyələrdə fəaliyyət göstərən əxlaqsızlar dəstəsinin əməlləri xalqdan gizlədilməyə, üstünün örtülməsinə çalışılır.

Müxalifət idarə etdiyi bələdiyyələrə qarşı rüşvət, korrupsiya və digər əxlaqa zidd əməllərlə bağlı əməliyyatlar fonunda fond qalmaqalını yayınma vasitəsi kimi görür. Bələdiyyələrdəki rüşvət və korrupsiya əməliyyatları qarşısında fond məsələsi qisasçılığın siyasi anesteziyası kimi siyasi mədəniyyətin damarlarına yeridilmək istənilir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!