“Eyni qolu Messi vursaydı...” – Murad Arif

saytların hazırlanması

Evə çatdırılma

“Eyni qolu Messi vursaydı...” – Murad Arif

Şou

20 İyul 2026 09:32 235


“Bu sıxıcı oyun haqda nə demək olar?! Öncə onu deyim ki, Niko Uilyamsın qolunu saymamaqları çox mübahisəli qərar idi. Demə, Merino orada Otamendinin ayağını tapdalayıbmış... "Podumaeş". Elə epizodlarda kim kimi “minmir” ki? Şübhəsiz ki, eyni qolu Messi vursaydı, sayılardı”.

“Yeni Sabah” xəbər verir ki, bunu müğənni Murad Arif bildirib.

O, ömür boyu Argentinaya simpatiyası olan bir azarkeş kimi, bu finalda cənubi amerikalıların niyə bu qədər bərbad oynadığını da anlamayıb: pizza mizza

“Bir də hakimlərin qəribə Messi xofu var və oyunda xüsusiylə qıcıq veririrdi bu. Messi biqafıl dayanan kimi oyun da dayanırdı. Başqaları ciddi zədə alanda, yıxılıb ölsə belə, reaksiya gecikirdi...

Argentina penallara ümid bəsləyərək meydanda vaxt keçirirdi. Ola bilsin İspaniyanın öz enerjisi və hazırlıqlığı mental basqı yaratdı, ayarlarını pozdu. Yəni, o gün İngiltərəylə oynayan Argentina deyildi bu.

Əlqərəz, bütün mövcud mükafatların sahibi olan Messi bu dəfə də kuboku qazanmaması ilə sevindirdi...

Söylədiyim kimi, daha maraqlı, daha enerjili və səfərbər bir komanda qalib oldu. Kukurella, Niko Uilyams, Unay Simon, Rodriyə çox yaraşdı bu kubok. Halal”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!