Eyni yuxu fərqli nəticə - Qadınlar niyə kişilərdən daha çox yatır?

saytların hazırlanması

Evə çatdırılma

Eyni yuxu fərqli nəticə - Qadınlar niyə kişilərdən daha çox yatır?

Sosial

03 May 2026 16:50 75


Qadınların kişilərlə müqayisədə daha çox yuxuya ehtiyac duyması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Mütəxəssislər bu fərqin arxasında bir neçə mühüm amilin dayandığını bildirirlər.

“Yeni Sabah” xəbər verir ki, aparılan araşdırmalara görə, qadınların hormonal dövrləri, xüsusilə menstruasiya, hamiləlik və menopoza kimi mərhələlər yuxu rejiminə birbaşa təsir göstərir. Bu dəyişikliklər yuxunun keyfiyyətini aşağı sala və daha çox istirahət ehtiyacı yarada bilər.

Bundan əlavə, qadınların gündəlik həyatda üzərinə düşən mental yükün daha çox olduğu qeyd olunur. Ev işləri, ailə məsuliyyəti və iş həyatını eyni anda idarə etmək, beynin gün ərzində daha aktiv işləməsinə səbəb olur ki, bu da gecə daha dərin və uzun yuxu ehtiyacı yaradır.

Mütəxəssislər stress faktorunu da əsas səbəblərdən biri kimi göstərirlər. Araşdırmalara əsasən, qadınlar stressi daha intensiv hiss edir və bu da yuxuya getmə müddətini uzadır, həmçinin gecə ərzində tez-tez oyanmalara səbəb olur.

Qeyd olunur ki, məsələ yalnız daha uzun yatmaqla məhdudlaşmır. Bəzi hallarda qadınlar kişilərlə eyni müddətdə yatsalar belə, özlərini daha yorğun hiss edə bilirlər. Bu isə yuxunun keyfiyyəti ilə birbaşa bağlıdır.

Mütəxəssislərin fikrincə, bu fərq həm bioloji, həm də sosial amillərin birgə təsiri ilə formalaşır. Yəni qadınların daha çox yuxuya ehtiyac duyması təkcə orqanizmin xüsusiyyətləri ilə deyil, eyni zamanda gündəlik həyatın yaratdığı əlavə yük və məsuliyyətlərlə də əlaqəlidir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!