Eyyub Yaqubovun qalmaqallı konserti: “İşğalçı orduya yarınır” - Video

saytların hazırlanması

Evə çatdırılma

Eyyub Yaqubovun qalmaqallı konserti: “İşğalçı orduya yarınır” - Video

Şou

12 Fevral 2024 12:58 829


23 fevral tarixində "Kişilər Günü" münasibətilə Xalq artisti Eyyub Yaqubovun paytaxt restoranlarının birinin səhnəsində çıxış edəcəyi barədə məlumat paylaşılıb. 

Yenisabah.az xəbər verir ki, sözügedən paylaşım sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. İşğalçı rus ordusunun yarandığı günün bayram kimi qeyd edilməsi sosial şəbəkə istifadəçiləri tərəfindən sərt şəkildə tənqid edilib. Paylaşımın altında bu məzmunda saysız-hesabsız şərhlər var: "İşğaılçı orduya yarınır", "Eyyubun azacıq milli ruhu olsun", "Azərbaycan elitası hələ də rus məədniyyətinə xidmət edir". Onlar həm restoranı, həm də sənətçini buna görə qınayıblar. 

Restoran səhifəyə yazılan tənqidi rəylərin hamısını silib.  Pepperoni pizza

Məsələ ilə bağlı konsertin keçiriləcəyi “Show Restaurant and Music Hall” restoranı ilə əlaqə saxladıq. 

Restorandan Yenisabah.az-a verilən məlumata görə, “Kişilər günü”nə giriş heç də hər kəsin büdcəsinə uyğun deyil. Belə ki, bir nəfər üçün qiymət 120 manatdan başlayır, masanın qiymətləri səhnəyə yaxınlığına görə 150-200-250 manata qədər artır. 

 Bundan əlavə, həmin gün xanımlara restorana bəysiz giriş qadağandır.  Konsert günü müxtəlif milli rəqs kompozisiyaları da restoranın səhnəsində olacaq. 

Məsələ ilə bağlı Xalq artisti ilə əlaqə saxlasaq da, onun köməkçisi zənglərə cavab vermədi. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!