Mərhum Xalq artisti Ramiz Novruzun dəfn mərasimində aktyorun qızı Şəfəq Novruz və nəvəsi Ayanın ağılamaması ictimai qınaq doğurub. Onlar bunu keçirdikləri şokla əlaqələndirsə də, əksəriyyət bunu laqeydlik kimi dəyərləndirib.
Ümumiyyətlə, bu cür hallara arabir rast gəlinir. Bəzi insanlar yaxınları, hətta valideynləri vəfat etdiyi zaman ağlamır. Çox vaxt bunu daşqəlbli, soyuqqanlı olma ilə əlaqələndirilər.
Doğrudanmı belədir? Bu, insanın psixoloji haldır, yoxsa sıradan bir soyuqqanlılıq? pizza
Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Gülər Məmmədova bildirib:
“İnsanların travmaya verdiyi reaksiya özünəməxsusdur. Onların fərqli xarakter, fərqli temperament tipləri olduğu üçün həyati situasiyalara yanaşma tərzləri məxsusidir. Bəziləri donuq vəziyyətdə olur və ekstremal vəziyyəti heç də adekvat qarşılaya bilmirlər. Onlarda hər hansı hiss və emosiyaların təzahürü mümkün olmur. Onlar stupor halında (keylik, uyuşuqluq - tibbdə, xüsusilə psixiatriyada hərəkəti pozğunluğun bir növü) olurlar ki, bu heç də sağlam sayılmır. Çünki kədərli halda insan gözyaşı ilə bunu göstərə bilirsə, stupor halında bu mümkün olmur və bu hal ikiqat çətin olur. Belə olduğu halda, insan öz fikirlərini heç kimə, heç cür ifadə edə bilmir. Onlara bu çətin olur və onları yalnız özləri kimi insanlar başa düşə bilir, bəzən heç özləri də nə baş verdiyini anlamır.
Ağlayan insan isə içdən daxili yükünü boşalda bilir və rahatlama baş verir. Ağlaya bilməyən insanları isə başa düşmək, onlarla empatiya qurmaq lazımdır. Bilmək lazımdır ki, onlar doğmalarını itirərkən nə qədər əzab çəkirlər.
Hər kəs ağlaya bilmir, ümumiyyətlə, hər kəs buna məcbur deyil. Bu hər insanın özünəməxsus xarakter çalarlarıdır".
Şəhla AĞAZADƏ
Telegram kanalımız