"Facebook" sosial şəbəkəsinin fəaliyyətində nasazlıq müşahidə olunub.
"Yeni Sabah" xəbər verir ki, bəzi istifadəçilər hesablarına daxil olmağa çalışarkən sistemin cavab vermədiyini və giriş prosesində problem yarandığını bildiriblər.
Məlumata görə, nasazlıq qlobal miqyasda genişmiqyaslı çökmə kimi qeydə alınmasa da, müxtəlif ölkələrdən istifadəçilər giriş zamanı yönləndirmə xətası ilə qarşılaşıblar. pizza mizza
Problemlə üzləşən istifadəçilərin ekranında "Hesaba müvəqqəti olaraq giriş mümkün deyil. Saytdakı nasazlıq səbəbindən hazırda hesabınıza daxil olmaq olmur. Problemin qısa müddətdə aradan qaldırılacağı gözlənilir. Bir neçə dəqiqə sonra yenidən cəhd edin" məzmununda xəbərdarlıq göstərilib.
Hələlik "Meta" şirkəti baş verən nasazlıqla bağlı rəsmi açıqlama verməyib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız