Faiq Ağayev və PRoMete duetini təqdim etdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Faiq Ağayev və PRoMete duetini təqdim etdi - Video

Şou

19 Yanvar 2024 13:39 695


Rep ifaçısı PRoMete (Pərviz İsaqov) Xalq artisti Faiq Ağayevlə birgə oxuduğu "Anaya məktub/Bəlkə də" adlanan duetə ekran həyatı verib.

Yenisabah.az xəbər verir ki, sözləri Vaqif Səmədoğlu, musiqisi PRoMete və Elgün Ataxanlıya aid olan trekdə PRoMetenin də əlavələri olub.

Arajıman isə Yaşar Baxış və Elgün Ataxanlıya həvalə edilib. Dördpendirli pizza

Klipin rejissoru Nail Naiboğludur.

"Mahnını birlikdə ifa etməyimizə razı olduğu üçün dəyərli sənətkarımız Faiq Ağayevə qəlbdən təşəkkürlərimi göndərirəm. Adını "Anaya məktub" qoyduğumuz bəstə musiqisi Emin Sabitoğlu, sözləri Vaqif Səmədoğluya aid olan "Bəlkə də" mahnısının motivləri əsasında yazılıb", - deyə PRoMete bildirib.

Qeyd edək ki, klip rep ifaçının rəsmi "Youtube" kanalında yayımlanmaqdadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!