“Azərbaycan Dəmir Yolları” QSC metronun 28 May stansiyasının yaxınlığında, Bakı Dəmiryolu Vağzalının ətrafında yeni parkinq xidməti təqdim edib. Parkinqdən istifadə qiymətləri isə sürücülər arasında şok effekti yaradıb. Azparkinqlə müqayisədə ADY-nin tələb etdiyi xidmət haqqı qat-qat yüksəkdir və bu, sosial şəbəkələrdə ciddi tənqidlə qarşılanıb. Təkcə onu qeyd etmək kifayətdir ki, sözügedən parkinq ərazisində bir sutka avtomobil saxlamağın qiyməti 30 AZN-dir. Tutaq ki, ADY-in hər hansı əməkdaşı iş saatı müddətində ərazidə 8 saatlıq xidmətdən istifadə etsə 18 AZN ödəməlidir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, bu birmənalı olaraq soyğunçuluqdur.
“Artıq vətəndaşlara qarşı müxtəlif sferalarda soyğuçuluq prosesi gedir. “Azərbaycan Dəmir Yolları” idarəsi parkinq yaradıb və olduqca yüksək məbləğli qiymətlər qoyub. Heç olmasa tələb etmək lazımdır ki, Tarif Şurasının tərəfindən tənzimlənən qiymətlər tətbiq olunsun. Baxmayaraq ki, Tarif Şurasının təyin etdiyi qiymətlər də bahadır, amma bu qiymətlərə nisbətən ucuzdu. Bunlar olduqca fantastik qiymətlərdir və heç Avropa ölkələrində belə bu cür qiymətlər yoxdur”. pizza sifarişi
Ekpsert bu addımın heç bir iqtisadi əsasının olmadığını diqqətə çatdırıb.
“Ölkə ictimaiyyəti başa düşə bilmir ki, burada məqsəd nədir və nə etmək istəyirlər. Tutaq ki, şəhərin daxilindəki sıxlığı aradan qaldırmaq naminə atılan addım olsa başa düşmək olar. Şəhər intensiv ərazilərində, nəqliyyatın dayandığı yerlərdə parkinq qiymətlərini bahalaşdırıb əhalini daha çox ictimai nəqliyyata cəlb etmək baxımından bəlkə də məntiqli ola bilər. Amma bunun heç bir iqtisadi əsaslandırması yoxdur və qiymətlər həddən artıq bahadır”.
Nazim Hacıyev
Telegram kanalımız