Fatimə boşanıb? - “Oğlumun atası kimi yanındadır”

saytların hazırlanması

Evə çatdırılma

Fatimə boşanıb? - “Oğlumun atası kimi yanındadır”

Şou

23 İyul 2024 13:42 778


Rəqqasə Fatimə Fətəliyeva həyat yoldaşı Xəyalla ayrılması ilə bağlı sualları cavablandırıb. 

Axşam.az xəbər verir ki, "Qonaqcanlı" verilişinə qatılan sənətçi ayrıldıqlarını təsdiqləməsə də, inkar da etməyib. Fatimə "Ayrılıq xəbərləri yayıldı, elədir, ya yox" sualına belə reaksiya verib: 

"Nə elədir, nə belədir. Çox xoşbəxt qadın və anayam. Dünyaya gətirdiyim oğlumun atası elə bir kişinin oğludur ki, Allah ona və anası Mehtab xanıma can sağlığı versin. Qayınanamın əllərindən öpürəm. Hamıya o xanım kimi qayınana arzu edirəm. Onun çox gözəl qəlbi var. Baldızım Aygün xanımı da öpürəm. Nə yaxşı ki, mən Fatimə sizi tanımışam. Nə yaxşı siz varsınız mənim həyatımda".  Marqarita pizza

Sənətçi "Ailə, yoxsa dost olaraq münasibətiniz davam edir" sualına sənətçi "Oğlumun atası olaraq yanındadırlar. Ayrılsaydım bunları deməzdim" reaksiyasını verib. 

Qeyd edək ki, F. Fətəliyevanın ilk evlilikdən Aydan adlı qızı var. Onun ikinci nikahdan Hüseyn adlı oğul övladı var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!