Fatimə koronavirus ola-ola toya gedib?

saytların hazırlanması

Evə çatdırılma

Fatimə koronavirus ola-ola toya gedib?

Şou

10 Yanvar 2022 14:03 811


"Deyirlər qocalmısınız, üzünüz şişib. Allah haqqı, xəstə-xəstə kimin gücü çatar ki, getsin məclis aparsın".

Yenisabah.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva deyib. Sənətçi görünüşünü tənqid edənlərə cavab verərkən, xəstə qızdırmalı halda məclisə getdiyini bildirib:

"Dünən xəstə canımla hündürdabanda 6 saat məclis aparmışam. Qızdırmalı halda... Video paylaşmışam, heç görün bilinirdi? Görün, Fatimə xəstəyə oxşayırdı? Arzulayıram yarım dəqiqə bunu keçirəcəksiniz. Görün edə bilərsiz?". Toyuqlu pizza

Fatimənin qızdırmalı halda toya getməsi isə birmənalı qarşılanmayıb. Sosial şəbəkədə müzakirələrə səbəb olan açıqlamaya istifadəçilər etiraz edib. Onun ünvanına "Qızdırmalı məclisə gedib, niyə camaatı xəstələndirir", "Xəstəliyi yayırsınız", "Covid testi vermisiniz? Bəlkə elə koronavirus olmusan" kimi şərhlər yazılıb./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!