Fatma Mahmudovadan qızının nişanı ilə bağlı DETALLI AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Fatma Mahmudovadan qızının nişanı ilə bağlı DETALLI AÇIQLAMA

Şou

10 Sentyabr 2026 10:38 105


Xalq artisti Fatma Mahmudova qızı, aktrisa Nigar Tofiqin şəxsi həyatı ilə bağlı son günlər yayılan məlumatlara münasibət bildirib.

"Yeni Sabah" xəbər verir ki, Fatma Mahmudova teleaparıcı Elgiz Əkbərin sosial platformalarda yayımlanan “Şadlıq olsun” verilişində qızı ilə birlikdə qonaq olub. Veriliş zamanı Nigarın şəxsi həyatı, xüsusilə də toyunun nə vaxt keçiriləcəyi ilə bağlı sosial şəbəkələrdə yazılan xəbərlər müzakirəyə çıxarılıb.

Elgiz Əkbər izləyicilərdən bu mövzuda suallar gəldiyini deyərək Fatma Mahmudovadan açıqlama istəyib. Xalq artistinin “Bir oyun idi, oynanıldı və bitdi” sözləri isə sonradan müxtəlif sosial media səhifələrində fərqli yozumlarla paylaşılıb. Dominos pizza

Məsələyə aydınlıq gətirən Mahmudova açıqlamasında həmin ifadəni niyə işlətdiyini izah edib.

Xalq artisti deyib ki, iki gəncin münasibətinə kənardan müdaxilələr olub və onun “oyun” ifadəsi də məhz bununla bağlıdır:

“Mən o cümləni ona görə işlətdim ki, bu cütlüyün xoşbəxt olmasına mane olanlar oldu. Mən bu gün onların adını çəkib reklam etmək istəmirəm. Həmin insanlar həm oğlu tərəfinə, həm də qız tərəfinə müdaxilələr edirlər. Bu cütlüyün xoşbəxtliyinə mane oldular. Amma Allah göydən görür.

Mənim oğlan evindən heç bir problemim yoxdur. Heç dalaşmamışıq, aramızda heç bir söz-söhbət də olmayıb. Eləcə də onların bizimlə heç bir sözü-söhbəti yoxdur. Sadəcə olaraq biz bir oyunun qurbanına çevrildik. Bu məsələ alınmadı”.

Fatma Mahmudova keçmiş münasibətin tərəflərinin bir-birinə yaraşdığını və birlikdə hazırladıqları layihələrin də uğur qazandığını qeyd edib:

“Onlar çox yaxşı cütlük idilər. Onların duetləri də çox yaxşı tutmuşdu. Gözləri göstərmədi. Amma Allah böyükdür”.

Xalq artisti bəzi xəbər səhifələrinin onun sözlərini düzgün təqdim etmədiyini də bildirib. Onun sözlərinə görə, iki gəncin şəxsi həyatı üzərindən reytinq toplamaq düzgün deyil:

“İki gəncin xoşbəxtliyi üzərindən reytinq yığmaq lazım deyil, günahdır. Mən orada elə bir söz deməmişəm. Mən sadəcə demişəm ki, bu gənclər bir oyunun qurbanına çevrildilər. Xahiş edirəm, düzgün olmayan məlumatları qeyd etməyin.

Mən qızımı da xoşbəxt görmək istəyirəm. Allah mənim qızımı da xoşbəxt eləsin, oğlanı da Allah xoşbəxt eləsin”.

Fatma Mahmudova həmçinin Elgiz Əkbərlə münasibətinin yaxşı olduğunu və verilişə xüsusi olaraq hansısa şəxsi məsələni müzakirə etmək üçün getmədiyini deyib:

“Mən Elgizin xətrini çox istəyirəm. Verilişi yeni açıldığı üçün getmişdim ki, onu təbrik edim. Yəni mən oraya hansısa mövzunu müzakirə etməyə getməmişdim. Əgər bu mövzunu mən işıqlandırmaq istəsəydim, indiyə qədər işıqlandırardım. Mən sənətkar adamam. Heç bir mövzuda müzakirə etməyi sevən insan deyiləm. Sadəcə olaraq verilişdə bu mövzudan söhbət açıldı, mən də aydınlıq gətirdim”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!